İşdə həddindən artıq yorulan robot məmur pilləkənlərdən yıxıldı
Cənubi Koreyadan olan robot iş gününün ortasında pilləkənlərdən yıxılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
Hadisə Kumi şəhərində baş verib. Robot dövlət işçisi funksiyalarını yerinə yetirib və hətta müvafiq sənədləri olub. Robot sənədləri şəhərə çatdırıb və sakinlərə lazımi məlumatları verib.
Yerli rəsmilərin sözlərinə görə, hadisədən əvvəl robot nədənsə həyəcanlanırmış kimi yerində dövrə vuruv. Bundan sonra o, pilləkənlərə tərəf yönəlib və ilk pillədən yıxılıb. Üstəlik, bu köməkçinin özəlliyi ondan ibarət idi ki, o, başqalarından fərqli olaraq lifti özü çağıra bilir və bununla da mərtəbələrdə hərəkət edə bilirdi.
Hazırda müvafiq idarələrin mütəxəssisləri vəziyyəti aydınlaşdırmağa çalışır. Ola bilsin ki, hadisəyə səbəb həddindən artıq ağır iş olub. Şəhər rəhbərliyi isə həmin işçinin çox çalışdığını və komandanın bir parçası olduğunu bildirib.
"Rəsmi olaraq, o, meriyanın bir hissəsi idi, bizdən biri idi", deyə məmurlardan bildirib.
Hazırda şəhər rəhbərliyi belə bir robotu işə götürmək fikrində deyil.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay