BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
49671

9 ay əvvəl Starlink sayəsində Braziliyanın Itui çayı boyunca Amazon meşəsində yaşayan uzaq Marubo qəbiləsi internetə çıxış əldə etdi. 

Valyuta.az xəbər verir ki, təxminən 2 min nəfərlik Marubo xalqı planetin ən təcrid olunmuş yerlərindən birində yaşayır. Qəbilə üzvləri uzun müddət Amazon tropik meşələrində Itui çayı boyunca səpələnmiş ümumi daxmalarda yaşayır, öz dillərində danışır və meşənin ruhları ilə əlaqə saxlamaq üçün ayahuaskanı qəbul ediblər. Yüz illər boyu bu həyat tərzini qoruyub saxlayıblar. Buna, xüsusən də onların məskunlaşdıqları yerlərin uzaqlığı kömək edib. Onların bəzi kəndlərinə çatmaq bir həftə çəkə bilər.

Ancaq indi onların həyatı əhəmiyyətli dərəcədə dəyişib: sentyabrda Yer kürəsinin İnternet olmayan bu son yerlərindən birində Starlink peyda olub. Yerli sakinlər antenaları dirəklərin zirvələrinə mismarlayıb və günəş panellərinə birləşdiriblər. Peyk İnternetin meydana çıxdığı dövrdə bəzi sakinlərin artıq dövlət hesabına və ya öz vəsaitləri hesabına ən yaxın şəhərdə alınmış smartfonları olub. Onlar şəbəkəyə girişin əsas mənbəyinə çevriliblər.

İnternet onlar üçün açıq-aşkar faydalar gətirib, məsələn, uzaqda olan yaxınları ilə video söhbətlər, fövqəladə hallarda kömək çağırmaq və təhsil almaq. Bununla yanaşı, yerli sakinlər ona çıxış yolu ilə çoxdan dünyanın qalan hissəsinə məlum olan problemlərlə üzləşməyə başlayıblar: asılılıq yaradan sosial şəbəkələr, zorakı video oyunlar, yetkinlik yaşına çatmayanların pornoqrafiyaya baxması və s.

“İnternet gələndə hamı xoşbəxt idi. Amma indi işlər daha da pisləşib. Gənclər internetə görə tənbəlləşiblər. Onlar ağ insanların yollarını öyrənirlər. Bununla belə, lütfən, internetimizi əlimizdən almayın”, – 73 yaşlı yerli sakin Tsainama Marubo The New York Times-a bildirib.

Üç uşaq atası olan Kaipa Marubo internetin övladlarının təhsil almasına kömək etdiyi üçün xoşbəxt olduğunu söyləyib. Lakin o, iki oğlunun oynadığı birinci şəxs atıcı video oyunlarından da narahatdır.

“Mən narahatam ki, birdən onları təqlid etmək istəyəcərlər”, - o deyir.

Marubo Kənd Dərnəyinin lideri Alfredo Marubo qəbilənin internetin ən sərt tənqidçisinə çevrilib. Marubolar öz tarixlərini və mədəniyyətlərini şifahi şəkildə ötürürlər və o, bu biliklərin itiriləcəyindən narahatdır, çünki yeniyetmələr ailələri ilə ünsiyyəti dayandırıblar. Amma onu ən çox narahat edən pornoqrafiyaya aludə olmasıdır. O deyir ki, gənclər qrup çatlarında açıq-saçıq videolar paylaşırlar. Bu, hətta ictimai yerlərdə öpüşməyin də tabu olduğu Marubo mədəniyyətində dəhşətli bir inkişafdır.

"Biz gənclərin bunu sınamaq istəyəcəyindən narahatıq", - Alfredo deyir.

Kişi əlavə edir ki, tayfa artıq gənclər arasında daha aqressiv cinsi davranışlar müşahidə edib. Bəzi Braziliya rəsmiləri və qeyri-hökumət təşkilatları da İnternetin qəbilələr arasında çox tez-tez təhlükələr barədə təlimlər keçirilmədən yerləşdirilməsindən narahat olduqlarını bildiriblər.

2022-ci ildə Braziliyada istifadəyə veriləndən bəri Starlink bütün dünyanın ən böyük tropik meşəsini əhatə edib. Yerli qəbilələrlə işləyən braziliyalı fəallar Starlink-i Braziliyanın ən ucqar qəbiləsi olan Yanomami də daxil olmaqla, ölkə daxilində yüzlərlə yerli qrupa çatdırmaq istəyirlər.

Nicat
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Azərbaycan “gələcəyin ölkəsi”dir…Bakıya gedəcəyəm” - İlon Mask

BƏƏ ABŞ-yə 1.4 trln. dollar sərmayə yatıracaq

Sabah külək güclənəcək

Azərbaycanda müavinət və təqaüdlər artacaq

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Ötən il qeyri-neft-qaz sektorunda 11.5 mlrd. dollar kəsir qeydə alınıb

Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır? - AÇIQLAMA

Tarixi rekord: İlk dəfə 3 milyard avroluq hədd aşıldı

Liderlikdə səsin gücü - 5 vacib faktor - SƏHƏR OXUSU

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin