"OpenAI" həmtəsisçisi şirkəti tərk etdi
"ChatGPT" çatbotunu hazırlayan "OpenAI" şirkətinin elmi direktoru və təsisçilərindən biri İlya Sutskever çşirkətdən istefa verdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
"Təxminən 10 ildən sonra mən "OpenAI"dən ayrılmaq qərarına gəldim", deyə İlya Sutskever bildirib.
O, tezliklə yeni işi ilə bağlı əlavə təfərrüatları təqdim edəcəyinə söz verib.
"OpenAI"nin qurucusu Sam Altman da sosial mediada təsdiqləyib ki, şirkətin baş elmi işçisi kimi İlya Sutskeverin yerini Yakub Paçzokki tutacaq.
"OpenAI" 2022-ci ilin noyabr ayının sonunda istifadəyə verildikdən dərhal sonra populyarlaşan və bir həftədən az müddətdə ilk milyon istifadəçisini cəlb edən "ChatGPT" çatbotunu yaratmaqla məşhurlaşıb. 2015-ci ildə "OpenAI"nin həmtəsisçilərindən biri, amerikalı milyarder İlon Mask olub və sonradan şirkətlə əlaqələri kəsib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay