ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır
ABŞ Ticarət Nazirliyi süni intellekt (AI) texnologiyaları sahəsində Çinə qarşı yeni tədbirlər paketi hazırlayır.
Valyuta.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Vaşinqton Çinin yerli texnologiyalara çıxışını daha da məhdudlaşdırmağa çalışır. Bunun ABŞ şirkətlərinə öz məhsullarının kommersiya distribusiyasına məhdudiyyətlər qoyulması yolu ilə həyata keçirilməsi planlaşdırılır.
Nəşr xatırladır ki, indi heç nə dünyanın ən güclü qapalı mənbəli süni intellekt modellərinin tərtibatçıları olan "Microsoft", "OpenAI" və "Alphabet" kimi Amerikanın süni intellekt nəhənglərinə öz məhsullarını hökumətin nəzarəti olmadan hamıya satmağa mane olmur.
Bundan əvvəl ABŞ "Huawei"ni yeni sanksiyalarla cəzalandırmışdı. ABŞ Ticarət Departamenti "Intel" və "Qualcomm"un Çin şirkətinə çip ixrac etməsinə icazə verən lisenziyaları ləğv edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay