BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
45299

Alimlər müəyyən ediblər ki, süni intellekt proqramı Chat GPT tibbi hesabatları həkimlərdən təxminən 10 dəfə tez hazırlayır.

Valyuta.az Anadolu agentliyinə istinadla xəbər verir ki, isveçli və isveçrəli tədqiqatçılar bununla bağlı pilot araşdırma aparıblar.

Araşdırmaya görə, 2 ortoped cərrah tərəfindən hazırlanan xəstəxanadan çıxma kağızları həkimlər və Chat GPT tərəfindən doldurulub. Hesabatlar sahə üzrə 15 ekspertdən ibarət komitəyə təqdim edilib. Mütəxəssislər hesabatlar arasındakı fərqi ayırd edə bilməsələr də, həkimlərin əl ilə hazırladıqları hər hesabat üçün orta hesabla 27,8 dəqiqə, Chat GPT-in isə oxşar keyfiyyətdə hesabat yaratmaq üçün orta hesabla 2,9 dəqiqə vaxt sərf etdiyini müəyyənləşdiriblər.

İsveçrədəki Uppsala Universitet Xəstəxanasında ortoped həkim kimi fəaliyyət göstərən Cyrus Broden, Chat GPT tərəfindən hazırlanan qeydlərin keyfiyyət baxımından, ümumiyyətlə, insan əli ilə hazırlanan notlara bənzədiyini, lakin süni intellektin insanlardan təxminən 10 qat daha sürətli olduğunu ifadə edib. O, artıq 1000 real xəstənin tibbi qeydlərini ehtiva edən daha əhatəli süni intellekt testi üzərində işə başladıqlarını bildirib. Həkimlərin həddindən artıq sənəd yükü olduğuna diqqət çəkən mütəxəssis vurğulayıb ki, süni intellektdəki irəliləyişlər sayəsində səhiyyə işçilərinin inzibati yükünü azaltma imkanları var. Bu sayədə həkimlər xəstələri ilə daha çox vaxt keçirə biləcəklər.

Araşdırma məqaləsi “Acta Orthopaedica” jurnalında dərc olunub.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuxuda pul qazanmaq: Uğurlu milyonçudan beş məsləhət

Noyabrda neçə gün iş olmayacaq?

Bu ölkədə aclığa görə yüzlərlə fil öldürüləcək

Çayımızın keyfiyyətini aşağı salan məqamlar

Banklar hansı hallarda zamini məhkəməyə verə bilməz? - İZAH

Bu ölkə miqrantlara gəldikləri yerə dönmələri üçün 34 min dollar ödəməyə hazırdır

Arda Gülər üçün 70 milyonluq təklif

10 mindən çox dərmanı ölkəyə qanunsuz gətirməyə cəhd

Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Nurlana Cəfərovaya vəzifə verildi

Dollara tələbat artır - Manat ucuzlaşacaq?

Neft qiymətləri dəyişməyəcək, manatın məzənnəsi isə... - İqtisadçıdan proqnoz

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

COP 29-a görə bu günlərdə iş olmayacaq

COP 29-a görə bu günlərdə iş olmayacaq

Azərbaycanlılar ölkəyə pul göndərə bilmir (SƏBƏB)

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Elnur Məmmədliyə yeni vəzifə verildi

Azərbaycanda hansı bank 5 dəqiqəyə 50 min kredit verir?

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu (FOTO)

Neftimiz cüzi ucuzlaşıb

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin