Aİ "AliExpress" və "TikTok"la bağlı araşdırmaya başladı
Avropa İttifaqı rəqəmsal platformaların işini tənzimləyən Rəqəmsal Xidmət Aktı (DSA) kontekstində "AliExpress", "TikTok" və digər aparıcı onlayn xidmətlərin təftişinə başlayıb. Bu tədbirlər onların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi daşıyır.
Valyuta.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Agence France-Presse" (AFP) məlumat yayıb.
"AliExpress" sağlamlıq üçün təhlükə yaradan məhsulların, o cümlədən saxta dərmanların satışının qarşısının alınması üzrə öhdəliklərə əməl etməməsi ehtimalına görə Avropa Komissiyasına şübhələr artırır. Şirkət 2023-cü ilin noyabrında ətraflı məlumat üçün sorğu alıb və bundan sonra istehlakçıların hüquqlarını qorumaq üçün DSA çərçivəsində rəsmi yoxlama prosesi başladılıb.
Oxşar tədbirlərin bir hissəsi olaraq, araşdırmalara "deepfakes"in yayılmasına kifayət qədər nəzarət etməməkdə şübhəli bilinən "TikTok", "Facebook", "Google", "YouTube" və X daxil olmaqla səkkiz digər onlayn xidmət də iştirak edir.
Bu platformalardan öz fəaliyyətləri haqqında məlumat vermələri tələb olunacaq və pozuntular aşkar edilərsə, cərimə oluna bilər.
Avqustun 25-dən etibarən Avropa İttifaqı "TikTok", X, "Instagram", "YouTube", "Google" və "Amazon" Store daxil olmaqla xüsusilə böyük hesab edilən 19 onlayn platformaya nəzarəti gücləndirib.
Daxili bazar üzrə Avropa komissarı Tyerri Breton DSA-nın əsas məqsədlərinin uşaqların müdafiəsi və dezinformasiya ilə mübarizə, o cümlədən Rusiyayönlü təbliğatla mübarizə olduğunu vurğulayıb. O, həmçinin Avropa Komissiyasının platformaların Avropa standartlarına uyğunluğunu diqqətlə yoxlamaq və pozuntular aşkar edilərsə, sanksiyalar tətbiq etmək niyyətinə işarə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay