"Microsoft" 100 min qadına Al texnologiyaları üzrə təlim keçəcək
Amerikanın texnologiya nəhəngi "Microsoft" 100 000 filippinli qadına süni intellekt (AI) və kibertəhlükəsizlik texnologiyaları üzrə təlim keçəcək təhsil xeyriyyə proqramı elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb. Proqram ticarət naziri Gina Raimondonun başçılıq etdiyi ABŞ-ın Filippinə iki günlük ticarət missiyası zamanı elan edilib.
Qadınların təhsili "Microsoft" onlayn platformasında aparılacaq. Onlar "OpenAI"nin böyük dil modelləri əsasında "Microsoft AI" alətlərindən istifadə etmək üçün təlim keçəcəklər. Əldə edilmiş biliklər Filippin qadınlarının peşəkar fəaliyyətini və ümumi kibertəhlükələrdən xəbərdarlığını yaxşılaşdırmalıdır.
"Biz Filippinin qabaqcıl süni intellekt texnologiyalarından istifadə etməklə iqtisadi inkişafa təkan vermək potensialından çox həyəcanlıyıq", deyə "Microsoft"un qlobal strateji təşəbbüslər üzrə vitse-prezidenti Meri Snapp Manilada keçirilən mətbuat konfransında bildirib.
Snappa görə, "Microsoft" proqram çərçivəsində dövlət təhsil müəssisələri ilə əməkdaşlıq edəcək.
Filippin Ticarət Katibinin müşaviri Rafaelita Aldaba verdiyi açıqlamada bildirib ki, təlim ölkənin kibertəhlükəsizliyini gücləndirməyə kömək edə bilər, həmçinin qadın əhalisinin süni intellekt texnologiyalarının mənimsənilməsinə inamını artıra bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay