Hindistan Rusiyaya smartfon tədarükünü 16 dəfə artırıb
Son bir ildə Hindistandan Rusiyaya smartfon tədarükü pul ifadəsində 16 dəfə artıb.
Valyuta.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinən məlumat verilib.
2022-ci ildə Hindistandan Rusiyaya smartfon tədarükünün həcmi 6,1 milyon dollar olub, 2023-cü ildə isə 97,3 milyon dollara yüksəlib. Bu, 16 dəfə artım deməkdir.
Mütəxəssislərin fikrincə, əsas smartfon istehsalçılarının bütün dünyada, o cümlədən Hindistanda istehsal müəssisələri var. Buna görə də Hindistandan Rusiyaya smartfonlar çox güman ki, Hindistan istehsalçılarından deyil, Amerika, Çin və Cənubi Koreya brendlərindən gətirilir.
Hindistanda istehsal olunan “Xiaomi”, “Samsung”, “Google”, “Apple” orijinaldan xeyli ucuzdur, ona görə də onlara ciddi tələbat var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay