Məşhur milyarder "Apple"dakı səhmlərini satdı, sirli biznesə sərmayə qoydu
Amerikalı milyarder Uorren Baffetin nəzarətində olan dünyanın ən böyük holdinqi "Berkshire Hathaway" "Apple"ın 10 milyondan çox səhmini satıb və sirli biznesə sərmayə qoyub.
Valyuta.az xəbər verir ki, bu fakt holdinqin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi 2023-cü ilin dördüncü rübü üçün hesabatından görünür.
Sənəddən aydın deyil ki, konkret olaraq "Apple"da payı kimin azalıb - Buffetin özü və ya digər iki menecerin. "Berkshire Hathaway" ardıcıl ikinci dəfə SEC-dən aktivlərinin bir hissəsi haqqında məlumatları açıqlamamağı xahiş edib.
Bu arada, dekabrın sonuna holdinqin investisiya portfelinin dəyəri 347 milyard dollara çatıb. Üçüncü rübdə bu, 313 milyard dollar təşkil edib.
2023-cü ilin dördüncü rübündə "Berkshire Hathaway"in portfelində 41 şirkət var idi. Əsas payı hələ də İT sektoru (51,5%) tutur. İkinci yerdə maliyyədir (24,26%). Sonrakı yerdə istehlakçı əsas məhsulları, enerji, rabitə xidmətləri və səhiyyə gəlir.
2023-cü ilin yazında Buffett "Apple"ın əsas təchizatçısı olan Tayvan çip istehsalçısı TSMC-nin bütün səhmlərini satıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay