X ilin sonuna qədər reklam gəlirlərinin 1/3-ni itirə bilər
X sosial şəbəkəsi (keçmiş Twitter) 2023-cü ilin sonuna kimi reklamdan təxminən 2,5 milyard dollar gəlir əldə edə bilər ki, bu da əvvəlki ilin eyni dövründən xeyli azdır.
Valyuta.az xəbər verir ko, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Materialda bildirilir ki, 2022-ci ildə platforma reklamdan 4 milyard dollar qazanıb. Bununla belə, bu il sosial şəbəkənin müvafiq müqavilələrdən əldə etdiyi gəlir 1/3-dən çox azalacaq.
"X bu ilin üç rübünün hər birində 600 milyon dollardan bir qədər çox reklam gəliri əldə edib, cari dövr üçün də oxşar rəqəmlər gözlənilir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə şirkət hər rübdə bir milyard dollardan çox gəlir əldə edib", deyə nəşr aydınlaşdırır.
Agentliyin məlumatına görə, reklam platformanın əsas gəlir mənbəyidir. Məqalədə deyilir ki, bu cür reklamların yerləşdirilməsi ona ümumi qazancının 70-75%-ni gətirir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay