Qlobal smartfon bazarında canlanma gözlənilir
"Catalys" analitik şirkəti 2024-cü ildə qlobal smartfon bazarında canlanma və 4% artım proqnozlaşdırıb.
Valyuta.az xəbər verir ki, bu barədə “GizChina” nəşri yazır.
Şimali Amerikada smartfon bazarının 2% azalacağı gözlənilir.
“Şimali Amerika istisna olmaqla, bütün əsas bazarlar 2024-cü ildə böyüyəcək. Asiya-Sakit Okean, Yaxın Şərq və Afrikanın illik artımı 6%, Avropanın isə 7% illik artımla liderlik edəcəyi gözlənilir”, deyə analitiklər bildirib.
Gözlənilir ki, smartfon bazarında əsas tendensiyalar 5G dəstəyinin tətbiqi, süni intellektin (AI) cihazlara inteqrasiyası, istehsalçıların telefon interfeysinin rahatlığına və məlumatların məxfiliyinə diqqətinin artması, ekoloji təmizliyin artırılması olacaq. Smartfonların istehsalı və utilizasiyası, bu cihazların az inkişaf etmiş ölkələrin bazarlarına tədarükünün artması ilə nəticələnəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay