"OpenAI" Al sahəsində dünyanı təhdid edə biləcək təhlükəli irəliləyiş əldə edib - “Reuters”
"OpenAI"nin direktorlar şurası süni intellekt sahəsində bəşəriyyəti təhdid edən kəşflə bağlı xəbərdarlıq məktubu alıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr izah edib ki, məktub Sem Altmanın baş direktor vəzifəsindən qovulmasından dörd gün əvvəl gəlib.
Agentliyin mənbələrinə görə, məktub direktorlar şurasının Sem Altmana qarşı iddiaları sırasına əlavə edə və bununla da onu istefaya məcbur edə bilər. Mesajda "OpenAI"nin süni ümumi intellekt (Al) - "insanlardan daha ağıllı" texnologiya üzərində işləməkdə əldə etdiyi irəliləyişlər haqqında məlumatlar ola bilər.
Bundan əvvəl, noyabrın 17-də işdən çıxarılan "OpenAI" rəhbəri Sem Altmanın vəzifəsinə qayıdacağı məlum olub. Şirkətdən verilən açıqlamada, Altmanın Bret Teylor (Sədr), Larri Summers və Adam D'Angelodan ibarət yeni ilkin direktorlar şurası ilə baş direkor vəzifəsinə qayıtması ilə bağlı razılığa gəldiyi bildirilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay