İşdən çıxarılan "OpenAI" baş direktoru əvvəlki vəzifəsinə qayıdacaq
Noyabrın 17-də işdən çıxarılan "OpenAI"nin baş direktoru Sem Altman öz vəzifəsinə qayıdacaq.
Valyuta.az xəbər verir ki, bu barədə şirkət X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"OpenAI"nin bəyanatında deyilir: "Biz prinsipcə razılığa gəldik ki, Sam Altman "OpenAI"a Bret Teylor (Sədr), Larri Summers və Adam D'Anjelodan ibarət yeni ilkin direktorlar şurasına baş direktor kimi qayıdacaq".
"OpenAI" rəhbərin işə bərpası ilə bağlı təfərrüatların paylaşılacağını vəd edib. Sem Altman özü də səhifəsində şirkətə sevgisini elan edib.
"Yeni direktorlar şurası və Satyanın (Satya Nadella, "Microsoft"un baş direktoru) dəstəyi ilə mən "OpenAI"ə qayıtmağı və MSFT (Microsoft) ilə güclü tərəfdaşlığımızı qurmağı səbirsizliklə gözləyirəm", deyə Sem Altman yazıb.
Etiraz olaraq şirkəti tərk edən və Sem Altmanla birlikdə "Microsoft"a keçən "OpenAI" həmtəsisçisi Qreq Brokmanın da əvvəlki vəzifəsinə qayıdacağı məlumdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay