"Apple" və "Google" arasında gizli razılaşma məhkəmədə təsadüfən üzə çıxdı
"Google"a qarşı antiinhisar məhkəməsi zamanı məlum olub ki, "Apple" "Google"un gəlirinin 36%-ni "Safari" brauzerində axtarış reklamından əldə edir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bu məlumatı "Google"un müdafiəsi üçün şahid qismində çıxış edən Çikaqo Universitetinin professoru Kevin Merfi təsadüfən açıqlayıb
2002-ci ildə bu Amerika şirkətləri müqavilə bağlayılar. Bu müqaviləyə əsasən "Google"un axtarış sistemi "Apple"ın xüsusi brauzeri "Safari"də defolt olaraq quraşdırılıb. "Bloomberg" qeyd edir ki, bu müqavilə "Google" üçün ən vacib müqavilələrdən biridir. Çünki o, "iPhone" istifadəçilərinə girişi təmin edir.
Ədliyyə Nazirliyi deyir ki, bu razılaşma "Google"un axtarış sistemində və reklam bazarlarında hakim mövqeyindən sui-istifadə etdiyini göstərən sübutlardan biridir.
Ədliyyə Nazirliyinin iddiası üzrə məhkəmə prosesi noyabrın əvvəlində başlayıb və təxminən iki ay yarım davam edəcəyi gözlənilir. Bu, İT sənayesi tarixində ən böyük antiinhisar işlərindən biridir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay