"Netflix" bu istifadəçilər üçün reklamların sayını azaldacaq
"Striminq" xidməti "Netflix" tezliklə ardıcıl olaraq bir çox epizodu izləyən istifadəçilər üçün reklamların sayını azaltmağa başlayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
2024-cü ilin əvvəlindən servis ard-arda üç seriyaya baxdıqdan sonra reklamsız bir epizod nümayiş etdirəcək.
Şirkət əmindir ki, bu format ard-arda bir neçə epizoda baxan insanların davranışına daha uyğun gəlir və bu, tamaşaçıların iştirakını artıracaq.
Bu format reklamla (reklam dəstəkli) ucuz abunə planının artıq işə salındığı ölkələr üçün etibarlı olacaq.
Bundan əlavə, striminq xidməti ABŞ-dan başlayaraq "Netflix"də reklamlarda QR kodları göstərmə qabiliyyətini də işə salacaq.
Keçən il "Netflix" daha ucuz, reklam dəstəkli abunə versiyasını təqdim edib. May ayında xidmət 5 milyon reklam dəstəkli abunə istifadəçisi ilə öyünür.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay