Süni intellekt insanların iş yerlərini əlindən nə vaxt alacaq? - Mask açıqladı
Milyarder İlon Mask bildirib ki, süni intellektin inkişafı çox sürətlə gedir, ona görə də yaxın gələcəkdə süni intellekt istənilən parlaq insandan daha ağıllı olacaq.
Valyuta.az xəbər verir ki, o, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunakın təşkil etdiyi süni intellektin təhlükəsizliyi üzrə forumda deyib.
"Elə vaxt gələcək ki, işləməyə ehtiyac olmayacaq", o deyib.
Mask buna əsaslanaraq hətta təklif edib ki, öyrəşdiyimiz iş lazım olmaya bilər, bütün məsuliyyəti süni intellekt öz üzərinə götürəcək.
Bundan əlavə, o, neyron şəbəkəni müasir dünya üçün təhlükə adlandırıb.
“Bəşər tarixində ilk dəfə bizdən daha ağıllı bir şeyə sahibik. Buna görə də belə bir şeyin necə idarə oluna biləcəyini görmürəm, amma düşünürəm ki, biz onu bəşəriyyətə fayda verəcək istiqamətə yönəltməyə çalışa bilərik. Amma mən inanıram ki, bu, potensial olaraq ən aktual olan, üzləşdiyimiz ekzistensial risklərdən biridir”, - Mask bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay