28 ölkə Al-dan təhlükəsiz istifadə haqqında bəyannamə qəbul etdi
Böyük Britaniyada süni intellektin (Al) təhlükəsiz istifadəsi üzrə ilk beynəlxalq sammitdə iştirak edən 28 ölkə süni intellektdən təhlükəsiz istifadəyə dair Bletçli bəyannaməsini qəbul edib.
Valyuta.az xəbər verir ki, sənəd Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi tərəfindən yayılıb.
“Hamının xeyrinə süni intellekt təhlükəsiz, insan mərkəzli, etibarlı şəkildə dizayn edilməli, inkişaf etdirilməli, tətbiq edilməli və istifadə olunmalıdır", deyə sənəddə qeyd edilir.
Bəyannamədə həmçinin qeyd olunur ki, süni intellekt gündəlik həyata uzanan əhəmiyyətli risk yaradır: "İnsan hüquqları, ədalətlilik, şəffaflıq, hesabatlılıq, təhlükəsizlik, tənzimləmə, müvafiq insan nəzarəti, etika, məxfilik və məlumatların qorunması nəzərə alınmalıdır".
Sənədi Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, İndoneziya, İrlandiya, İspaniya, İtaliya, Kanada, Keniya, Çin, Nigeriya, Hollandiya, BƏƏ, Koreya Respublikası, Ruanda, Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Türkiyə, Ukrayna, Filippin, Fransa, Çili, İsveçrə və Yaponiya imzalayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay