Maskın rəhbərlik etdiyi platformanın hazırkı dəyəri açıqlandı
İlon Maskın rəhbəri olduğu X sosial şəbəkəsinin hazırkı dəyəri açıqlanıb.
Valyuta.az xəbər verir ki, hazırda X təxminən 19 milyard dollar dəyərindədir ki. Bu da Maskın sosial media şirkətini almaq üçün ödədiyi pulun yarısından azdır. "Tesla" və "SpaceX"in milyarder rəhbəri əvvəllər "Twitter" kimi tanınan platformanı keçən il 44 milyard dollara və ya hər bir səhmini 54,20 dollara satın aldı. Maskın alqı-satqısı şirkətlə bir neçə ay davam edən hüquqi mübarizədən sonra başa çatıb.
Yeni qiymətləndirilmə zamanı, şirkətin daxili sənədlərinə əsasən, son 12 ayda 56 faiz azalma aşkar edildiyi bildirilib. "Fortune"də yer alan xəbərə görə, işçilərə vəd edilən səhm sənədləri X/Twitter-in hazırda təxminən 19 milyard dollar dəyərində olduğunu göstərir. Mask daha əvvəl "əks start-up" adlandırdığı sosial media platforması üçün artıq pul ödədiyini demişdi. Şirkət rəhbərinin "Twitter"i alarkən "SpaceX"dən bir milyard dollar kredit götürdüyü də bildirilir deyilib.
Mart ayında işçilərə göndərdiyi e-poçtda Mask, onların şirkətin 20 milyard dollar dəyərində qiymətləndirilməsi əsasında səhm bonusları alacağını söyləyib. X-in dəyərindəki azalma, "Tesla"nın şirkəti mübahisəli şəkildə ələ keçirməsindən sonra bir neçə tanınmış reklamçının geri çəkildiyi bir vaxtda baş verdi. Kütləvi ixtisarlar, yoxlama prosesi kimi saytda bir sıra yeni funksiyaların xaotik şəkildə tətbiqi və ictimai xadimlərin əvvəllər dayandırılmış hesablarının yenidən açılması Maskın platformadakı hakimiyyətini pozub.
Bundan əlavə, şirkət platformanın yarandığı gündən bəri mövcud olan quş ikonasını əvəz edən yeni loqo ilə birlikdə X-ə çevrilən yeni brend adını aldı. X-nin məzmunun moderasiyasına yanaşması ilə bağlı narahatlıqlar da artır. Platformada İsrail-Həmas münaqişəsi ilə bağlı yalan məlumatlar yayıldıqdan sonra Avropa İttifaqı (Aİ) bu yaxınlarda şirkətə qarşı araşdırmalara başlayıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay