42 ştatın məhkəməyə verdiyi "Meta" gənclərin psixologiyasını necə məhv edir? - İddialar
"Instagram"ın rəhbəri Adam Mosseri 2019-cu ildə iştirak etdiyi bir televiziya proqramında istifadəçilərin rifahını hər şeydən üstün tutduqlarını və platformanın xüsusiyyətlərini buna uyğun tərtib etdiklərini iddia etmişdi.
Valyuta.az xəbər verir ki, digər tərəfdən, bir müddət öncə ABŞ-nın 42 ştatı "Meta"nın gənclərin psixi sağlamlığına zərər verməsi ilə bağlı iddialar qaldıraraq məhkəməyə verib. Prokurorlar iddia edirlər ki, Mosserinin sözləri əslində gənclərin psixologiyasına xələl gətirən 10 illik saxtakarlığın bir hissəsidir. "Meta" istifadəçilərin sosial şəbəkələrdə iştirakını onların təhlükəsizlikdən üstün tutur.
Əvvəlki illərdə keçmiş "Meta" işçisi Françis Huqen tərəfindən sızdırılan şirkətdaxili yazışmalarda "Instagram"ın gənclərin psixologiyasına mənfi təsir göstərən araşdırmalar da yer alırdı. Kaliforniya məhkəməsinə verilən şikayətdə gənclərin İnstaqramdan uzun müddət istifadəsi üçün zərərli və manipulyasiya xüsusiyyətləri qeyd edilib.
Tövsiyə alqoritmləri
Prokurorların açıqlaamsına görə, "Meta" istifadəçilərin proqrama bağlı qalması üçün onların lentlərində hansı məzmunlara baxdığını müəyyənləşdirilən alqoritmlər hazırlayıb. Bu alqoritmlər yazıları xronoloji deyil, istifadəçinin təxmin edilən marağına əsasən sıralayır. Müvafiq olaraq, istifadəçilər onlara zövq verən məzmunla qarşılaşdıqda, oxşar şeyləri yenidən görmək və xoşbəxt olmaq ümidi ilə geri qayıdıb səhifəni sürüşdürməyə başlayırlar.
Bəyənmələr
Sızdırılan sənədlərə görə, "Instagram" üçün çalışan tədqiqatçılar tətbiqin gəncləri həmyaşıdları ilə müqayisə etməyə və özlərini sorğulamağa məcbur etdiyini aşkarlayıblar. Məlum olub ki, bu vəziyyət gənclərin psixi sağlamlığına kiberhücumlardan daha çox zərər verir. Araşdırma Huqenin 2021-ci ildə sızdırdığı yazışmalarda açıq şəkildə yer alır. Xəstəliklərə Nəzarət və onlarının Qarşısının Alınması Mərkəzlərinin fevral ayında açıqladığı hesabata görə, ABŞ-da orta məktəb şagirdlərinin təxminən 16 faizi bir il ərzində "Instagram" və feysbuk vasitəsilə kiberzorakılığa məruz qalıb. ABŞ-da yeniyetmə qızlar arasında ümidsizlik nisbətlərinin son 10 ilin ən yüksək səviyyədə olduğu bildirilib.
Bildirişlər
İddialara görə, "Meta" gün ərzində istifadəçiləri "Instagram" tətbiqini yoxlamağa sövq edən xəbərdarlıqlarla "onlayn qalmağ"a məcbur edir. Xüsusən də gənc istifadəçilər bildirişlərə müqavimət göstərməkdə çətinlik çəkirlər. Prokurorlar iddia edirlər ki, "Instagram" istifadəçilərə bildirişləri söndürməyə və dayandırmağa imkan verən funksiyalar əlavə edib, lakin bu seçimlər həm də manipulyasiya üçün nəzərdə tutulub. Buna uyğun olaraq, sosial şəbəkənin parametrlərinin variantlarındakı ifadələr, hətta bildirişləri söndürəndə belə, istifadəçiləri inandırmağa davam edir.
Foto filtrləri
İş materiallarına daxil edilmiş foto filtrləmə funksiyası ilə bağlı məlumatlar şirkət tərəfindən məxfi hesab olunduğuna görə ictimaiyyətə açıqlanmayıb. Bu filtrlər istifadəçilərin foto və ya videolarını bəzəmək üçün yararlandığı virtual funksiyaları ehtiva edir. Onların məlum riski odur ki, gənclərin psixologiyasına və bədən imicinə zərər verə bilər. Çünki istifadəçilər bu filtrlərdən fotoda qırışlarını və qüsurlarını düzəltmək üçün yararlanırlar. Bu xüsusiyyətin hətta yemək pozğunluğuna səbəb ola biləcəyi deyilir.
Hekayələr
Daha bir iddia odur ki, gənclər sosial mediadan istifadəni məhdudlaşdırmağa cəhd etdikdə, "Meta"nın hesabı bağlı saxlayan xüsusiyyətləri onları ruhdan salır. Müvafiq olaraq, 24 saat ərzində yoxa çıxan fotoşəkilləri ehtiva edən "Hekayələr" xüsusiyyəti istifadəçilərə bu məzmunları daim yoxlamaq məcburriyyətində his etdirir. Massaçusets ştatının baş prokuroru Andrea Coy Kempell, qazanc əldə etməyin hər kəsin haqqı, lakin bunu vicdansızcasına həyata keçirməyin qanunsuz olduğunu söyləyib. Onlar bu dizaynların gəncləri aludəçilik həddinə çatdıracağını çox gözəl bilirdilər. Ancaq yenə də xüsusiyyətlərdən istifadəni davam etdiriblər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay