"Google"un törəmə şirkəti Rusiyada müflis elan edildi
Rusiyada Moskva Arbitraj Məhkəməsi "Google"un yerli törəmə şirkətini müflis elan edib.
Valyuta.az xəbər verir ki, şirkət 2022-ci ilin yayında Rusiya hakimiyyəti onun bank hesabına həbs qoyanda müflis olmaq üçün müraciət edib. Nəticədə "Google" işçilərə və təchizatçılara maaş verə bilməyib.
Kreditorlar şirkətdən təqribən 53,6 milyard rubl (5,5 milyon dollar) tələb ediblər. Onların arasında "Tsarqrad" media holdinqi təxminən 32,8 milyard rubl tələb edir.
Bundan əvvəl "Google"un Rusiya Federasiyasından işçilərinin əksəriyyətini geri çağırdığı bildirilir. İşçilərin çoxu Dubaya köçüb, burada şirkətin artıq böyük ofisi var.
Şirkət ötən il Rusiyadakı biznes əməliyyatlarının böyük əksəriyyətini dayandırıb.
Yayda Rusiya Ukraynadakı müharibə haqqında videoya görə "Google"u 32 min dollar cərimələsə də, heç bir pul almayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay