Dünyada nə qədər insan smartfondan istifadə edir və kimlərin internetə çıxışı yoxdur?
GSMA mobil internetin vəziyyəti ilə bağlı illik hesabatında dünyada smartfon sahiblərinin sayının 4,3 milyard nəfərə çatdığını bildirib.
Valyuta.az xəbər verir ki, bu, Yer kürəsinin ümumi əhalisinin təxminən 55%-ni təşkil edir.
Araşdırmaya görə, 4,6 milyard insan internet istifadəçisidir və onlardan 4 milyardı smartfon vasitəsilə internetə qoşulur. Qalan 600 milyon insan internetə daxil olmaq üçün adi telefonlardan istifadə edir.
Dünya əhalisinin 92%-nin mobil rabitə əhatə dairəsində yaşamasına baxmayaraq, demək olar ki, 3,4 milyard insanın hələ də internetə çıxışı yoxdur. İnternetə çıxışı olmayan insanların arasında Qara Afrika əhalisinin 59%-i və Cənubi Asiyanın 52%-i göstərilir.
Bölgədən asılı olaraq əlaqə keyfiyyəti və sürətində də əhəmiyyətli fərqlər var. Məsələn, ABŞ, Sakit Okean və Şərqi Asiyada smartfon istifadəçilərinin 69%-nin 4G şəbəkələrinə çıxışı var, Afrika və Yaxın Şərqdə isə istifadəçilərin əksəriyyəti bugünkü standartlara görə köhnəlmiş üçüncü nəsil şəbəkələrə böyük etibar edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay