BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tesla" (TSLA.O) baş direktoru İlon Maskdan Türkiyədə Tesla fabriki tikməyi xahiş edib.

Valyuta.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin kommunikasiyalar idarəsi bazar ertəsi bildirib.

Məlumatda Maska istinad edərək, bir çox türk tədarükçünün artıq "Tesla" ilə işlədiyini və Türkiyənin növbəti fabrik üçün ən vacib namizədlərdən biri olduğu bildirilib.

"Tesla" sorğulara cavab verməyib.

Türkiyənin dövlət Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan və Mask Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının yaxınlığındakı göydələndə yerləşən Türk Evində görüş zamanı danışıblar.

Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.

Ərdoğan görüş zamanı Türkiyənin süni intellekt və Maskın "SpaceX"in peyk internet müəssisəsi olan Starlink sahəsində əməkdaşlığa açıq olduğunu da bildirib.

O, Maska istinadən "SpaceX"in Türkiyədə "Starlink" peyk xidmətləri təklif etməklə bağlı lazımi lisenziyanı əldə etmək üçün türk səlahiyyətliləri ilə işləmək istədiyini söyləyib.

Həmçinin Ərdoğanın Maskı sentyabrın sonunda İzmirdə keçiriləcək Türk aerokosmik və texnologiya festivalı "Teknofest"ə dəvət etdiyini və Maskın məmnuniyyətlə iştirak edəcəyini deyib.

Mask həmçinin bazar ertəsi Kaliforniyada İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Mask X sosial media platformasında onların danışıqlarının süni intellekt texnologiyasına yönəldiləcəyini bildirib.

"Tesla" hazırda altı fabrikə malikdir və Meksikanın şimalındakı Nuevo Leon əyalətində yeddinci fabrikini tikir ki, bu da avtomobil istehsalçısının qlobal təsirini genişləndirmək cəhdinin bir hissəsidir.

Mask may ayında Teslanın bu ilin sonuna qədər yeni fabrik üçün yer seçəcəyini söyləyib.

Tesla səhmləri bu il indiyədək 123% artıb və avtomobil istehsalçısı şənbə günü 5 milyonuncu avtomobilini istehsal etdiyini bildirib.

Mask Teslanı idarə etməklə yanaşı, 2022-ci ildə əvvəllər Twitter kimi tanınan X-i də 44 milyard dollara alıb.

Özünü söz azadlığının müttəfiqi kimi qələmə verən Mask Türkiyə hökumətinin ölkədəki məzmuna senzura ilə bağlı bəzi tələblərinə əməl edib. Digər hallarda isə sosial media şirkəti Türkiyə məhkəmələrinin qərarlarına etiraz edib.

Nicat

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər