BAKU Azərbaycan
28.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
32437

“50K”, “100K”, “500k” və s. tipli rəqəmləri bir çox sosial şəbəkə profillərində görürük. Yəni bu profillərin 50, 100, 500 min və s. izləyicisi var. Səhifədəki paylaşıma gələn reaksiya sayı isə bir çoxunda 20-30-100 kimi olur. Sual yaranır ki, o qədər izləyici varsa, niyə bəyənmə azdır? Deməli, real deyil. Çünki paylaşımlarla izləyici artımına nail ola bilməyəndə, səhifə sahibləri bunun üçün asan üsullardan istifadə edirlər. Bəs o izləyici saylarının nə qədəri realdır? O izləyicilər necə və hansı qiymətə əldə edilir?

Rəqəmsal marketoloq Mirsəid Hüsülü valyuta.az-a açıqlamasında bildirdi ki, səhifələrin 80 faizdən çoxunda izləyici sayı real deyil: “500 min izlənmə olan səhifədə edilən paylaşımda bəyənmə sayı 1000-dirsə, deməli, 500 min izləyici real deyil. Həqiqi 500 min izləyicisi olan səhifənin paylaşımında minimum 20-25 min bəyənmə olmalıdır. 20 faizə gəlincə, onlar tanınmış sənətkarlar və şəxsiyyətlərdir. Onlarda izləyici sayı ən çox 100-300 min arasıdır. Onların böyük qismində real ola bilər”.

Sosial şəbəkə səhifələrində izləyicini saxta yolla artırmağın bir neçə yolu var. Onlardan ən məşhuru “panel”dir. Bütün sosial şəbəkə profillərində panel vurulması ilə izləyici sayını artırmaq mümkündür. Paneldə 10 min izləyici üçün qiymət 5-10 manat arasındadır. 1000 nəfər izləyici üçün isə 3 manat ödəməlisiniz. Əgər real 1000 izləyici istəyirsinizsə, 5 manat ödəməlisiniz. Mütəxəssislər bildirirlər ki, panellə edilirsə, real deyil, sadəcə müştərini cəlb etmək üçün istifadə edilən bir üsuldur.

“İnstagram”da izləyici sayını artırmaq üçün həm də “Giveaway”lərdən istifadə də geniş yayılıb. Onların qiymətləri ilə də maraqlandıq. “Giveaway”də ortalama 10 min izləyici üçün qiymət 50-100 azn arasında dəyişir.

H.Mirsəid panel vurulmasını məsləhət görmür: “Panel vurulması işini görənlər deyirlər ki, izləyicilərinizi, rəylərinizi artıracağıq. Səhifəsində çox izləmə olmasını istəyənlərə də bu təklif cəlbedici gəlir. Deyir ki, 300 izləyicim var, müəyyən bir məbləğlə izləyici sayımı 50-100 minə qaldıra bilərəm. Həmin şəxslər nəzərə almalıdırlar ki, 300 izləyicisi olan səhifənin bir gündə izləyici sayı 10-20 minə çatırsa, bu səhifə dibə çökür. Bu zaman reklama çıxa bilmir, bloka düşür. Həmin səhifəni blokdan çıxarmaq üçün 1-8 həftə zaman lazımdır”.

Rəqəmsal marketoloq bildirdi ki, “düşməyən panel” adı altında vəd verilən izləyici sayı da real deyil: “Əsasən xarici saytlar, xüsusilə türk saytlarından birbaşa olaraq internet adresi çəkirlər və Azərbaycanda da panel vurulmasını həyata keçirirlər. Onların artırdığı izləyicilər müəyyən müddətdən sonra azalmağa başlayır. Panellə gələn izləyicilərin profilləri “İnstagram” robotu tərəfindən aşkarlandığı üçün sizin izləmənizdən çıxarılır və yenə izləyiciləriniz azalır”.

İnternetdə pulsuz panel xidməti təklif edən platformalar da var. H.Mirsəid bunların riskli olduğunu deyir: “Pulsuz panel vurulmasını təklif edən saytlar çoxdur. Onlar səhifəmizin izləyici sayını artırmaq üçün bizdən “İnstagram” hesabımızın adını və şifrəsini istəyirlər. Əgər biz ona bunları təqdim etsək, “İnstagram” hesabımıza yenidən giriş edə bilməyəcəyik. Əgər biz onlar vasitəsilə hansısa sosial şəbəkə üçün panel vururuqsa, sosial şəbəkə hesabımız avtomatik olaraq panel hovuzuna düşür və profilimiz gələcək qurbanlar üçün istifadə olunur. Bu yolla izləyici artırmağa getməyi qətiyyən tövsiyə etmirəm. Bu hesabı yenidən qaytarmaq üçün bəlkə də 3 ay müddət lazımdır. Bir qisim saytlar isə sadəcə “İnstagram” hesabının, yaxud paylaşımının linkindən istifadə etməklə bizə izləyici sayını artırmağı vəd edir. “İnstagram” alqoritmi bu cür fəaliyyətləri tapdığı an sizin profili spama salır və müddət verir. O müddət aralığında bəyənmə, rəy, yaxud mesaj yazma qadağası qoyur. Bəzən bunların hamısına, bəzən hansısa birinə məhdudiyyət qoyur”.

“Giveaway”lərə gəlincə, marketoloq bu üsulu da məsləhət görmür. Deyir ki, bu yarışlar da bizə real izləyici vermir: “İnsanların çoxunda saxta hesablar var, “Giveaway”lərə məhz o hesabla qoşulub yarışlarda müxtəlif səhifələri izləyirlər. Bütün bunlar “Giveaway”in aktivliyini artırır, ancaq səhifəniz üçün real izləyici olmur”.

H.Mirsəid qeyd etdi ki, saxta izləyicilərə xərclənilən pulu “META” və ya “Google ADS” reklamlarına ayırsalar, daha tez real müştəri və ya maraq dairəsinə sahib insanlara çata bilərlər.

Qarakişi Vəlizadə 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

I qrupun lideri təhsilini harda davam etdirəcək?

Mövsümlük meyvələr 1 manata, pomidor 1 manat 30 qəpiyədir - “Kənddən şəhərə” yarmarkasından REPORTAJ

Xaricdən ət alışında 18 milyon dollarlıq artım - Rəqəmlər

Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən xəbərdarlıq (VİDEO)

Bazar günü bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

"Qarabağın yenidən qurulması iqtisadi artıma müsbət təsir edəcək" -"Fitch"

İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub

Məşhur aktyorun evi milyonlarla borca görə satıldı - FOTOLAR

Məşhur aktyorun evi milyonlarla borca görə satıldı - FOTOLAR

“Yelo Bank”ın depozitləri azalıb - Şirkətlər 550 milyon manatı geri çəkib

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib

Bu məhsulun xaricə satışından əldə olunan gəlir 35 milyon dollardan çox azalıb

Wall Street maliyyəçiləri seçkilərdə kimə səs verəcək?

Wall Street maliyyəçiləri seçkilərdə kimə səs verəcək?

“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib

Neftimiz yenə ucuzlaşdı

Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb

Noyabrda Bakıda toylar keçirilməyəcək? (VİDEO)

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin