“Apple”in bu funksiyası bir nəfəri ölümdən xilas etdi
Kaliforniyada dağ yolunda qəzaya uğrayan və 120 metr hündürlükdən yıxılan bir şəxs “Apple”in qəza aşkarlama xüsusiyyəti sayəsində xilas edilib.
Valyuta.az xəbər verir ki, “iPhone 14”də peyk vasitəsilə qəzanın aşkarlanması və SOS funksiyası xilasediciləri uçurumdan yıxılaraq başından zədələnən kaliforniyalı sürücüyə yardım etməsinə səbəb olub.
Bəzi “Apple” istifadəçiləri son aylarda səfərlər zamanı bu funksiyadan istifadə etdiklərinə görə təcili xidmətlərə yanlış həyəcan siqnalları göndəriblər. Ancaq düzgün istifadə zamanı sözügedən funksiyanın insanların həyatını xilas etdiyi sübut olunub. “CBS News”un məlumatına görə, Kaliforniyada “Wilson Mountain” yolunda maşın sürən və qəzaya uğrayan bir adam “Apple”in qəza təsbiti və peyk vasitəsilə SOS funksiyası sayəsində xilas edilib. Qeyd edilib ki, qəza zamanı avtomobil uçurumdan aşıb və dayanmadan 120 metr aşağı yuvarlanıb.
“Montrose” Axtarış və Xilasetmə Xidmətinin Xilasetmə Əməliyyatlarının rəhbəri Stiv Qoldsvorti açıqlamasında, "Demək olar ki, çıxış yolu görünməyən bir kanyondan 120 metr aşağıda idi. Qəza aşkarlama funksiyası olmasaydı, kim bilir, biz onu nə vaxt tapacaqdıq. “iPhone” tərəfindən göndərilən bildirişdən əldə etdiyimiz mövqe doğru idi. Əslində, telefonun özü onun adından kömək çağırırdı" - sözlərini söyləyib.
Montrose Axtarış və Xilasetmə qrupunun üzvü Mayk Leum isə, "İnanıram ki, həmin vaxt bu yerlə bağlı məlumatımız olmasaydı, yəqin ki, o, bütün qanaxmadan öləcəkdi. Mən ona nə qədər şanslı olduğunu davamlı şəkildə deyirdim" - ifadələrindən istifadə edib.
Digər tərəfdən, axtarış-xilasetmə qrupunun üzvləri, “iPhone 14” olmasaydı, uzaq bir yerdə baş verən qəzadan çox gec xəbər tuta biləcəklərini söyləyiblər.
Apple, 2022-ci ilin sentyabrında “iPhone 14”də qəza aşkarlama funksiyasını təqdim edib. Həmin ilin oktyabr ayından etibarən smartfon avtomobil qəzalarının yeri barədə təcili yardım xidmətlərini əvvəlkindən daha sürətli şəkildə xəbərdar edir.
Səbuhi Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay