Süni intellekt erkən doğuşları da müəyyənləşdirə bilir
Yeni bir araşdırma, süni intellektin hamiləliyin 31-ci həftəsində erkən doğuşları proqnozlaşdıra biləcəyini üzə çıxarıb.
Valyuta.az xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları süni intellektin dərin öyrənmə modelindən istifadə edərək 156 hamilə qadının bətnindəki elektrik dalğalarını tədqiq ediblər. Tədqiqatçılar hamilə qadınların yaşı, çəkisi, yağ faizi və hamiləliyin trimestrinə dair məlumatları birləşdirib. Bu məlumatlar daha sonra süni intellektin dərin öyrənmə modelinə köçürülüb.
Dərin öyrənmə modeli ilə bağlı araşdırmaya qatılan qadınların 19 faizində erkən doğum proqnozlaşdırdığını vurğulayan tədqiqatçılar, qadınların hamiləliyin 37-ci həftəsinə çatdıqları zaman süni intellektin proqnozunun doğru olduğunu bildiriblər.
Vaşinqton Universitetinin Elektrik mühəndisliyi fakültəsindən Arye Nehorai qeyd edib ki, hamiləliyin 31-ci həftəsinə qədər alınan məlumatları təhlil edən süni intellekt, hamiləliyin 37-ci həftəsinə qədər erkən doğuşları proqnozlaşdıra bilir. Nehorai bildirib ki, bu, onların araşdırmalarında ən mühüm kəşfdir. Kəşf etdikləri üsulun ucuzluğu səbəbiylə sərfəli olduğunu ifadə edən mütəxəssis açıqlamasında, "Elektrik dalğaları ilə erkən doğumu daha qısa müddətdə təxmin edə bilən modelimizdən, istifadəsi asan və daha az xərcli olduğu üçün, evdə də yararlanmaq mümkündür" - sözlərini söyləyib.
BMT-nin açıqladığı hesabata görə, 2020-ci ildə dünyada 13,4 milyon erkən doğum olub. Bunların təxminən 1 milyonu ölümlə nəticələnib. Bu, hər 2 saniyədə bir körpənin vaxtından əvvəl doğulduğunu və hər 40 saniyədən bir öldüyünü göstərir.
Araşdırma "PLOS ONE" tibb jurnalında dərc olunub.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay