İraqda ilk dəfə olaraq peyk interneti istifadəyə veriləcək
İraqın Rabitə Nazirliyi peyk texnologiyalarından istifadə etməklə internetin istifadəyə verildiyini elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə İraqın İNA İnformasiya Agentliyi məlumat yayıb.
Bəyanatda deyilir ki, Rabitə Nazirliyi İraq əhalisini ən yaxşı internetlə təmin etmək öhdəliyinə sadiqdir.
Sənəddə insanların kabellər vasitəsilə şəbəkə ilə təmin edilməsinin nisbətən uzun və bahalı proses olduğu, həmçinin torpaq işləri ilə bağlı çətinliklərin yarandığı bildirilir.
Vurğulanır ki, internet xidmətləri mənbələrinin şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və qiymətlərin aşağı salınması məqsədilə nazirliyin müvafiq şöbəsi “Kosmos vasitəsilə internet” xidmətinin tətbiqi ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlara başlayıb.
İraq beynəlxalq şirkətlər tərəfindən təmin edilən geniş peyk şəbəkəsi vasitəsilə istifadəçilərə birbaşa internet təmin edən aşağı orbitli peyk texnologiyasından istifadə edən ölkələrin nümunəsini izləyir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay