ABŞ-da milyonlarla insanın şəxsi məlumatları oğurlandı
ABŞ-ın Oreqon və Luiziana ştatlarında kiberhücum nəticəsində milyonlarla insanın şəxsi məlumatları oğurlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Sözügedən ştatların rəsmiləri sürücülük, həmçinin əyalət şəxsiyyət vəsiqəsinə sahib olan 3,5 milyon adamın məlumatlarının hakerlər tərəfindən oğurlandığını açıqlayıb. Səlahiyyətlilər kiberhücuma görə konkret heç kimi günahlandırmayıb. Federal rəsmilər isə insidenti Rusiya hakerləri ilə əlaqələndiriblər.
Hücumdan sonra İngiltərədəki "BBC" və "British Airways" kimi böyük şirkətlərin, həmçinin ABŞ Energetika Nazirliyi və bir çox federal qurumların məlumatlarının oğurlanmış ola biləcəyi də vurğulanıb. Luiziana qubernatoru Con Bel Edvards, hakerlərin "Luiziana Motorlu Vasitələr İdarəsi"ndən oğurlanmış məlumatları satdığı və ya yaydığına dair heç bir əlamətin olmadığını, şübhəlilərin əyalət hökumətləri ilə əlaqə saxlamadıqlarını söyləyib.
Bundan əlavə, hakerlərin istifadə etdiyi proqramın sahibi “Progress Software” şirkətinin rəsmiləri proqram təminatında təhlükəsizlik boşluğunun aşkar edildiyini bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay