Texno
14.06.2023 / 12:24
Məşhur yayım xidməti 5,4 milyon dollar cərimələndi - SƏBƏB
29316
İsveçin məşhur yayım xidməti "Spotify" istifadəçilərin şəxsi məlumatlarının işlənməsində yol verdiyi qüsurlara görə 58 milyon kron (5,4 milyon dollar) cərimə ödəyəcək.
Valyuta.az xəbər verir ki, bu TASS İsveç Məlumatların Mühafizəsi Təşkilatı (IMY) məlumat yayıb.
Məlumatda musiqi xidmətinin toplanmış şəxsi məlumatlardan necə istifadə etdiyini aydın şəkildə ifadə etmədiyi qeyd edilir.
“Şirkətin ayrı-ayrı şəxslərin şəxsi məlumatlarının necə və hansı məqsədlərlə işləndiyi barədə təqdim etdiyi məlumat daha konkret olmalıdır”, deyə agentlik bildirib.
Bununla belə, IMY hesab edir ki, aşkar edilmiş çatışmazlıqlar o qədər də ciddi deyil. "Spotify" qərardan şikayət etməyi planlaşdırır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay