Texno
08.03.2022 / 15:58
Aİ Rusiyaya dəniz texnologiyalarının ixracını qadağan edəcək
20426
Avropa Komissiyası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Bu tədbirlər çərçivəsində Belarusun üç bankı SWIFT sistemindən ayrılacaq, eyni zamanda Avropa İttifaqından (Aİ) Rusiyaya dəniz texnologiyalarının ixracı qadağan ediləcək.
“Reuters”in mənbələrə istinadən verdiyi məlumata görə, yeni paket çərşənbə axşamı Aİ-nin daimi nümayəndələri səviyyəsində müzakirə olunacaq. Aİ rusiyalı oliqarxlara və parlament üzvlərinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.//Report.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay