Texno
02.09.2021 / 12:30
Rusiya və Çin yeni təyyarə hazırlayır: “Boeing” və “Airbus”la rəqabət aparacaq
17624
Rusiya və Çin birgə olaraq genişgövdəli uzaq məsafəli CR929 təyyarəsinin tikintisinə başlayıb. Təyyarə Çində hazırlanır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bütün hazırlıq işləri artıq başa çatıb və ilk təyyarənin tikintisinə start verilib.
Məlumata görə, Rusiya və Çin CR929-un yaradılması üzrə planlarını 2025-2027 illər ərzində reallaşdırmaq niyyətindədirlər.
Planlara əsasən, 250-300 sərnişin tutumlu CR929 dünyanın aparıcı istehsalçılarının (Avropanın "Airbus" və ABŞ-ın "Boeing" şirkətləri) təyyarələri ilə rəqabət aparacaq və təkcə Rusiya və Çinin deyil, həm də digər ölkələrdə əhəmiyyətli bazar payına sahib olacaq.
Qeyd olunur ki, proqramın dəyəri hazırda 13-20 mlrd. ABŞ dolları civarında qiymətləndirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay