03.08.2021 / 17:01
“Xiaomi” Avropanın smartfon bazarında lider oldu
16488
“Strategy Analytics” şirkəti bu ilin ikinci rübündə Avropada smartfon bazarındakı vəziyyətlə bağlı məlumatlar təqdim edib.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, “Xiaomi” korporasiyası regiona rekord 12.7 milyon ədəd smartfon satıb və hazırda qitə bazarının 25.3%-inə nəzarət edir.
Xatırladaq ki, bazarın keçmiş lideri “Samsung Electronics” olub. İkinci rübdə şirkət 12 milyon smartfon satıb, buna görə Avropada onun payı 24%-ə düşüb.
Dünyanın ən çox tanınmış markalarından biri olan “Apple” 9.6 milyon smartfon tədarük edib və bazardakı payını 19.2%-dək azaldıb.
Avropada dördüncü və beşinci yerləri Çinin “OPPO” (5.6% və 2.8 milyon smartfon) və “Realme” (3.8% və 1.9 milyon smartfon) şirkətləri tutur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay