Texno
30.07.2021 / 19:40
Fərdi kompüterlərin qlobal tədarükü 15 faiz artıb
16349
Bu ilin II rübündə dünya üzrə 80,1 milyon fərdi kompüter tədarük edilib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Counterpoint Research” şirkəti məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
II rübün nəticələrinə görə, 25 %-lik payla bazarın lideri “Lenovo” olub. Növbəti yerləri “HP” (bazar payı 23 %-dir),”Dell” (17,2 %), ”Apple” (7,5 %) tutub.
Bu il fərdi kompüterlərin qlobal tədarükünün ötən onilliyin əvvəlindən bu yana görünməyən pik həddə çatacağı proqnozlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay