Texno
27.07.2021 / 17:40
"iPhone 14"ün növbəti versiyası titaniumdan hazırlanacaq
16116
"iPhone 14"ün ilkin versiyalarının metal hissələri paslanmaz polad əvəzinə titaniumdan istehsal olunacaq.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə, “JP Morgan Chase” holdinqinin hesabatına görə, “Apple” tərəfindən 2022-ci ildə bazara çıxarılacaq yeni cihazda qeyd olunan məqam ən böyük yenilik olacaq. Belə ki, titanium cızıqlara, əyilməyə, paslanmaya poladdan daha dayanıqlı olmaqla həm də daha yüngüldür.
Yeni smartfonun arxa hissəsi isə “MagSafe” simsiz adapterinin rəvan fəaliyyəti üçün şüşədən hazırlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay