Texno
16.07.2021 / 20:43
Dünyadakı bütün “Boeing 737” təyyarələri yoxlanılacaq
15782
ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bütün aviaşirkətlərin malik olduğu “Boeing 737” markalı sərnişin təyyarələrinin təzyiq sensorlarının yoxlanmasına qərar verib.
Valyuta.az Report.az.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bəzi aviadaşıyıcılardan bu sensorların nasaz olması barədə FAA-ya müraciətlər daxil olub. Həmin sensorlar pilot kabinəsində təzyiqin artmasını xəbər verməlidir.
Yoxlama tələbi bütün dünya üzrə 9 min, o cümlədən ABŞ-da qeydiyyatdan keçmiş 2,5 min təyyarəyə şamil edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay