Fransada elektromobil batareyaları müəssisələri tikiləcək
“Renault Group” şirkəti elektromobil batareyalarının hazırlanaraq istehsal olunmasına dair iki tərəfdaşlıq sazişi imzalayıb.
Valyuta.az Report.az-a istinadla xəbər verir ki, şirkətin açıqlamasında Çinin “Envision AESC” şirkətilə birgə Fransanın Nord departamentindəki Duai şəhərində bu cür müəssisə tikiləcəyi bildirilir. Belə ki, həmin müəssisənin istehsal gücü 2024-cü ilədək 9 gVt/saat, 2030-cu ilədək də 24 gVt/saat təşkil etməlidir.
Bununla yanaşı, “Renault” Fransanın “Verkor” şirkətinin 20 faizlik pay əldə etməsilə bağı anlaşma memorandumu imzaladıqlarını da bildirib. “Verkor”un açıqlamasında 2023-cü ildə tikintisi başlanacaq müəssisənin istehsal gücünün ilkin olaraq 16 gVt/saat, 2030-cu ilədək isə 50 gVt/saat həcmində olacağı bildirilir ki, “Renault”un payı müvafiq olaraq 10 və 20 gVt/saat olacaq.
“Renault Group” həmçinin yeni batareyalar hazırlayacaq elmi tədqiqat mərkəzinin yaradılması planlarını da həyata keçirmək niyyətindədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay