Texno
28.06.2021 / 11:29
Tesla şirkəti bu model avtomobillərini geri çağırır – SƏBƏB AÇIQLANDI
14673
Elektrikli avtomobil (EV) istehsalçısı Tesla şirkəti Çin bazarında 285 min elektromobil vasitəsini geri çağıracaq.
Valyuta.az xəbər verir ki, buna səbəb kimi, şirkətin yaratdığı qüsurlu proqram təminatının qəza riski yarada biləcəyi göstərilir.
Qeyd edək ki, Çin Bazar Tənzimləmə Təşkilatı (SAMR) bununla bağlı araşdırma aparıb.
Məlum olub ki, bir qismi yerli istehsal, bir qismi isə idxal olan “Model-3” və “Model-Y” avtomobillərinin avtomatik sürüş sistemində bir sıra problemlər mövcuddur.
Tesla şirkətinin yaydığı məlumatda, elektromobillərdə düzgün çalışmayan proqramın ödənişsiz yeniləyəcəyi bildirilir. Bu xəbərdən sonra şirkətin səhmləri ABŞ birjasında 8%-ə yaxın dəyər itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay