Texno
25.06.2021 / 09:38
“Panasonic” “Tesla”dakı payını satdı
14555
Yapon şirkəti "Panasonic" 2020 maliyyə ilinin sonuna (31 Mart 2021-ci il tarixində bitib) amerikan "Tesla" şirkətindəki payını satıb.
Valyuta.az Trend.az-a xəbər verir ki, bu barədə Yaponiyanın işgüzar qəzeti "Nikkei" məlumat verib.
Məlumata əsasən, əldə edilən məbləğ açıqlanmayıb, lakin onun 3,4 milyard təşkil edə biləcəyi ehtimal edilir. Səhmlərin satışının əsas səbəbi kimi "Panasonic" tərəfindən şirkətin qazancını artırmaq və digər şirkətlərə investisiya yatırmaq üçün lazımlı vəsait toplamaq göstərilir.
Xatırladaq ki, "Panasonic" 2010-cu ildə "Tesla"nın 21,8 milyon dollar dəyərində səhmini almışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay