Texno
15.06.2021 / 12:12
Bu il Azərbaycanda 653 ədəd avtomobil istehsal edilib
13927
Bu ilin yanvar-may aylarında Azərbaycanda 107,3 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 98,5 % artıb.
Yanvar-may aylarında 653 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 ədəd və yaxud 2,8 % az minik avtomobili istehsal olunub. Bu il iyunun 1-nə ölkədə 142 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 5 ayı ərzində Azərbaycanda 239 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,3 dəfə çoxdur. Nəticədə, bu il iyunun 1-nə ölkədə 70 ədəd hazır məhsul ehtiyatı yaranıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay