Texno
09.06.2021 / 18:16
BMW mikrosxem çatışmazlığına görə istehsalı azaldır
13617
Almaniyanın BMW şirkəti komponentlərin, xüsusən də mikrosxemlərin kəskin çatışmazlığı səbəbindən Dinqolfinqdəki (Bavariya federal əyaləti) zavodda istehsalı azaldacağını elan edib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə DPA agentliyi şirkətin mətbuat katibliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, işçilərin növbəli iş qrafiki gələn bazar ertəsindən etibarən ləğv ediləcək.
Həftədə iki növbə əvəzinə yalnız bir növbə olacaq. Hazırda sözügedən zavodda təxminən 17 min işçi çalışdığı bildirilir. Lakin bu cür yeniliklərin nə qədər işçini əhatə edəcəyi hələ bilinmir.
"Hazırda bir çox BMW avtomobil modellərinin istehsalında lazım olan komponentlər üçün mikrosxemlərin çatışmazlığı var", - şirkətdən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay