\"Nikon\" Yaponiyada fotoaparat istehsalını dayandırır
Yaponiyanın "Nikon" korporasiyası bu il fotoaparat korpuslarının istehsalını Yaponiyadan Tailanda keçirəcək.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın "The Mainichi" qəzetinə "Nikon" şirkətinin rəhbərliyindən bildirilib.
Yaponiyada fotoaparat istehsalının dayandırılması şirkətin yenidənqurma planının bir hissəsidir – 2020-ci maliyyə ilində "Nikon"un xalis zərəri 34,4 mlrd. yen (314 mln. ABŞ dolları) təşkil edib. Son illər ərzində smartfonların kameraları yaxşılaşdıqca və insanların əksəriyyəti "ağıllı" telefonlarla şəkil çəkdikləri üçün fotoaparatlara tələbat azalır.
"Nikon"un Yaponiyada fotoaparat istehsalı zavodu mövcuddur. Bu müəssisədə yalnız bir fotoaparat modeli istehsal edilir – "Nikon D6". İlin sonunadək istehsal şirkətin Tailanddakı əsas zavoduna köçürülməlidir. "Nikon"un fotoaparat istehsalını Yaponiyadan çıxarmaq niyyəti son illər ərzində dəfələrlə bildirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay