ABŞ xakerləri gizlədən ölkələri cəzalandırmaq üçün koalisiya qurmaq istəyir
ABŞ transmilli haker hücumlarını təşkil edən cinayətkar ünsürlərlə mübarizə aparmaq üçün müvafiq tədbirlər görməyən dövlətlərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə beynəlxalq koalisiya qurmaq niyyətindədir.
Valyuta.az TASS-a istinadən məlumat verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Katib bildirib: "Federal hökumətin atdığı addımlara dair prezident [Cozef Bayden], cinayətkarlar tərəfindən istifadə olunan] virus proqramlarının yüksək təhlükəsini aradan qaldırmaq üçün dörd istiqamətdə təcili strateji araşdırmalarının başlanması əmrini verdi".
Onun sözlərinə görə, bu kiber cinayətkarların infrastrukturlarının məhv edilməsi, kiber təhlükəsizliyi gücləndirmək üçün ABŞ hakimiyyət orqanlarının özəl sektorla qarşılıqlı əlaqəsinin intensivləşdirilməsi, virus istifadəçilərini gizlədən ölkələri cəzalandırmaq üçün koalisiyanın qurulması və kripto valyutanın cinayət tranzaksiyalarının qarşısının alınması məqsədi ilə analizinin genişləndirilməsi istiqamətləridir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay