Texno
02.06.2021 / 17:53
Azərbaycanın Türkiyədən avtomobil idxalı azalıb
13229
2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 27,534 milyon dollar təşkil edib.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Aprel ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin apreli ilə müqayisədə 2,5 faiz azalaraq 7,618 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 10,153 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz artıb.
Son 12 ayda (aprel 2020 - aprel 2021) Türkiyə 28,125 milyard dollar məbləğində avtomobil ixrac edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay