Birinci rübdə smartfonların satışı 100 milyard dolları ötüb
“Counterpoint Research” şirkətinin analitikləri hesablama apararaq “iPhone 12” smartfonunun 2021-ci ilin birinci rübündə dünyada ən çox satılan model olmasını açıqlayıblar. “iPhone 12 Pro Max” smartfonu ikinci yeri tutub.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin birinci rübü rekord olub – smartfonların satışından mədaxil 100 milyard dolları üstələyib.
Gözlənildiyi kimi, istehsalçılara ən çox gəliri qiyməti 400 dollar və daha bahalı modellər gətirib. Onların dünya mədaxilində payı 65 faizə bərabər olub. Dünyada gəlirin 46 faizi 10 ən çox satılan qurğunun payına düşür. Bununla yanaşı, hər 10 qurğunun 6-sı “iPhone” modelidir.
“Apple” şirkəti 400 dollardan bahalı smartfonlar seqmentində liderdir, “iPhone 12” seriyası isə bu ilin birinci rübündə dünyada telefonların satış həcminin üçdə bir hissəsini (34 faiz) qazandırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay