“BMW Group” elekrikli avtomobil istehsalını kəskin artıracaq -10 il ərzində
Alman avtomobil istesalçısı "BMW Group" karbon emissiyasını azaltmaq məqsədilə iddialı addımlar atmağa hazırlaşır.
Valyuta.az Banco.az-a istinadla bildirir ki, Mini ve BMW Motorrad kimi markaların sahibi olan "BMW Group" 2030-cu ilədək 200 milyon tondan çox karbon emissiyasının qarşısını alacağını açıqlayıb.
Bu səbəblə də, həmin tarixə qədər şirkətin həyata keçirəcəyi qlobal satışların ən az 50%-i tamamilə elektriklə işləyən modellərdən ibarət olacaq.
Ümumi məhsul portfoliosunda ən az bir ədəd elektromobil təqdim etməyi planlaşdıran "BMW Group"un növbəti 10 il ərzində təqribən 10 milyon elekrik avtomobili bazara çıxaracağı qeyd edilib.
Sözügedən açıqlamada həmçinin bildirilib ki, şirkətin iki yeni modeli - "iX" bu ilin son rübündə, "i4" isə gələn ilin ilk rübündə yollarda olacaq. Bununla yanaşı, "BMW Group" növbəti illərdə "5 seriyası" və "X1"in tamamilə elektriklə işləyən versiyalarını da müştərilərə təqdim edəcək. Bu modelləri isə "MINI Countryman" və "BMW 7 seriyası" izləyəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay