BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
7725

Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarında qanun pozuntularının, maxinasiyaların, şübhəli halların olması barədə dəfələrlə yazılıb. 
 
Valyuta.Az xəbər verir ki, bu cür şübhəli satınalmadan daha birini Bakı Şəhər Baş Səhiyyə İdarəsi həyata keçirib. 
 
Qeyd edək ki, Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə (əlavə bölümdə liftlərə texniki xidmət göstərilməsi) sifarişçi olduğu satınalmanın məbləği 999.743 manat təşkil edir. 
 
Tenderin qalibi "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. 
 
Dövlət qurumu ilə "Avanqard AN Servis"  MMC arasında imzalanan satınalma müqaviləsinin predmetlərinə görə 7 nömrəli Şəhər poliklinikası üzrə 2, 9 nömrəli Uşaq poliklinikası üzrə 1, 10 nömrəli Qadın məsləhətxanası 122 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının isə 1 liftinə bir illik xidmət nəzərdə tutulub. 
 
Dörd obyekt üzrə 5 liftə göstərilən illik texniki xidmət ölkənin xidmət sahəsindəki qiymətlərlə müqayisədə fantastik görünməklə yanaşı, eyni zamanda müqavilə bağlanan şirkətin fəaliyyəti də xeyli dərəcədə şübhəlidir. 
 
Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin sözügedən satınalmada qoyduğu şərtlərdən biri də "Dövlət Satınalmaları Haqqında" Qanuna uyğun olaraq Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayışdır. Lakin "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin bu günə olan vergi borcu 9821 manat təşkil edir. 
 
Bundan başqa 10 manat nizamnamə kapitalı olan "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət profili və hansı lisenziyalara malik olması barədə məlumatlar yoxdur. 
 
Valyuta.Az "Avanqard AN Servis" MMC-nin qanuni təmsilçisi Rzaquliyev Elvin İlqar oğlu barədə isə daha ilginc məlumatlar əldə edib. 
 
Əslən Ağdam rayonundan olan, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov 42 ünvanında qeydiyyatda yaşayan Rzaquliyev Elvin İlqar oğlunun adına çoxsaylı MMC-lər rəsmiləşdirilib. 
 
Elvin Rzaquliyev "Avanqard AN Servis" MMC ilə yanaşı, Risno-CMN MMC, “ASCARİ-CMN” (VÖEN: 2904754261) və “VERTU-CMN” (VÖEN: 2904754391) MMC-lərin qanuni təmsilçisidir. Hər üç MMC 2018-ci ilin fevral ayının 1-də qeydiyyata alınıb.

“Vertu CMN” MMC 2018-ci ilin dekabr ayının 17-də Bakı Şəhər Baş Səhiyyə İdarəsinin sifarişçisi olduğu “Proqram təminatı” adlı 1 lot üzrə 51850 (əlli bir min səkkiz yüz əlli) manatlıq tenderin qalibi olub. Hər üç MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mkr, ev 26, mənzil 8-dir.
 
Bu şəxsin adına olan MMC-lər neçə illərdir ki, dövlət satınalmalarında mütəmadi iştirak edir və qalib elan olunur. 
 
Burada daha ilginc məqam isə hüquqi qeydiyyatda olduğu ünvanda heç kimin tanımadığı Rzaquliyev Elvin İlqar oğlunun adının müxtəlif illərdə bir sıra cinayət işlərində hallanmasıdır.
 
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin sifarişçisi olduğu tenderin qalibi "Avanqard AN Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınan zaman MMC-nin qanuni təmsilçisinin xuliqanlıq cinayətinə görə həbsə alındığı barədə xəbərlər dərc edilib. 
 
Məsələ ilə bağlı Bakı Şəhər Baş Səhiyyə İdarəsi ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışsaq da, idarənin 596-06-83 (Rəis) , 596-42-06 (rəis müavini), 595-38-26 (Rəis müavini) nömrələrindən edilən zənglərimizə cavab verilmədi. 
 
Adıçəkilən qurumlar münasibət bildirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin