Tenderlər
24.01.2025 / 19:20
“Tender kralı” məhkəmə qarşısında
63745
Dövlət satınalmalarında fəal iştirak edən “Retro Holdinq” şirkəti barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir.
Şirkətə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.
Qeyd edək ki, bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. “Retro Holdinq” şirkəti 2020-2022-ci illərdə 58 tenderin qalibi seçilib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay