Maliyyə üzündən “Bakı Metropoliteni”nin 7 tenderi ləğv edildi
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 7 tenderi ləğv edilib.
Valyuta.az xəbər verir ki, ləğv edilən tenderlər aşağıdakı satınalma predmetləri üzrə keçirilib:
Bakı Metropoliteni” QSC-nin inzibati binalarında 2025-ci il üçün təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması;
“Bakı Metropoliteni” QSC-nin obyektlərində mövcud yanğınsöndürmə sistemlərə, onlara aid avadanlıqlara və ilkin yanğınsöndürmə vasitələrinə texniki qulluq göstərilməsi üzrə xidmətin satınalınması;
Bakı Metropoliteni” QSC-nin əlamətdar günlərdə və dövlət tədbirlərində iştirakı ilə bağlı güllərin satınalınması;
«Bakı Metropoliteni»QSC-nin istifadəsində olan 81-717-714,81-760-763,81-765-766 seriyalı vaqonları, Victoria, Victoria TUBE və Tugela markalı eskalatorları, tunel qazıyan qurğuları və mexaniki avadanlıqları üçün xüsusi təyinatlı sənaye sürtkü yağlarının satın alınması;
“Bakı Metropoliteni” QSC-nin “Nizami” metro stansiyasında alüminium vərəqədən asma tavanın quraşdırılnası işlərinin satınalınması;
MOD-12 markalı elektrik rels cilalayan dəzgah üçün daş və TEM-2 markalı elektrik şurupburan dəzgah üçün şurupburan başlıq satınalınması;
81-765Б serialı vaqonlar üçün işıq diodlu faralarının (sağ, sol) satın alınması;
Tenderlərin ləğv edilməsi maliyyələşdirmənin dayandırlıması ilə əlaqədardır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay