Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq
Səhiyyənin Təminat Mərkəzi nigah proqramı daxilində müayinələrin aparılması üçün laboratoriya reaktivləri alacaq.
Valyuta.az xəbər verir ki, Mərkəz artıq bununla bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.
Səhiyyənin Təminat Mərkəzi ilə QSC arasında 430.058,55 AZN-lik müqavilə bağlanacaq.
"Avromed Company" QSC tibb sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 57000 AZN olan "Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.
Kamran İskəndərov "Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildə isə "Avromed Company" QSC-nin baş direktoru təyin edilib.
"Avromed Company" QSC 2016-cı ilədək MMC kimi fəaliyyət göstərib. 2016-cı ildə şirkətin təşkilati hüquqi forması dəyişib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay