Tenderlər
25.11.2024 / 17:00
Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə
60143
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Valyuta.az xəbər verir ki, tender abadlıq işlərinin satın alınması ilə bağlıdır. Tenderin qalibi “Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 milyon 803 min 6 manatdır.
Qeyd edək ki, şirkət bu tender ilə bu il 15-ci tenderin qalibi olub. Şikət əsasən İcra Hakimiyyətlərinin və Universitetlərin keçirdiyi tenderlərin qalibi olur. 15 tenderin nəticəsi olaraq şirkətlə ümumi dəyəri 7 milyon 558 min 693 manat dəyərində satınalma müqavilələri imzalanıb.
Şirkətin bu il qalibi olduğu tenderlər ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay