BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
59094

“Səhiyyənin Təminat Mərkəzi”nin tibbi avadanlıqların satınalınması ilə bağlı tenderə yekun vurulub.

Valyuta.az-ın xəbərinə görə, tenderin qalibi “Arash Medical Company” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 7 milyon 68 min 188 manatdır. Bununla da, “Arash Medical Company” MMC bu il ərzində 19 tenderin qalibi olub və şirkətlə 21 milyon 327 min 517 manat 52 qəpiklik satınalma müqavilələri bağlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. 

Kamran Məmmədov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Arash Medical Company" QSC 2019-cu ilə qədər MMC kimi fəaliyyət göstərib. Həmin ildən şirkətin təşkilati-hüquqi forması dəyişib. 

2015-ci ilə qədər şirkətin qanuni təmsilçisi Əsədov Cavid Bəxtiyar oğlu olub. Cavid Əsədov Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun yaxın qohumudur. Yerli mediada tirajlanan məlumatlarda iddia olunur ki, o, keçmiş spikerin qardaşı oğludur. 

İddialara görə, şirkət əslində Oqtay Əsədovun nəzarətindədir. Qarşı tərəf bunu təkzib etsə də, mediada bu məsələdə israr edir. 

"Arash Medical Company" QSC adətən iri məbləğli tenderlərin qalibi seçilir. Bu tenderlər tibbi avadanlıqların satın alınması ilə bağlı olur. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Zakir Nuriyev: "Azərbaycanda elektrik və hibrid avtomobillərin kreditləşməsi kəskin artıb"

"Badamlı Mineral Sular" cərimələndi

Türkiyə Azərbaycana yeni səfir təyin edib

AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

Türkiyədə illik inflyasiya 47%-ə enib

Kərə yağı ilin əvvəli ilə müqayisədə 1 manatdan çox bahalaşıb - Rəsmi

AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

UEFA "Qarabağ"ı 26 min avro cərimələyib

AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb

“Elektron Hərrac Portalı"ı istifadəyə verilib

Bu rayonda su olmayacaq

ABA: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyinə təyinat olub

AMB rəsmisi: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"

Bu ərazilərə qar yağdı

Regional Su Meliorasiya Xidməti bu şirkətlə 940 min manatlıq müqavilə imzalayacaq

Neftimizin qiyməti bir dollardan çox ucuzlaşdı

Mərkəzi Nəbatat Bağının İdarə Heyətinə sədr təyin edilib

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr (SİYAHI)

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun yenidən qurulması davam edir

ABŞ çip sənayesində Çinə yeni məhdudiyyətlər qoyur

Türk lirəsi və avro ucuzlaşdı - Məzənnə

Süni intellekt sayəsində insanlara lazım olmayacaq 5 bacarıq - SƏHƏR OXUSU

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin